44 günlük Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad olunması üçün döyüşən əsgərlər arasında jurnalistlər də olub.
Qol.az xəbər verir ki, onlardan biri də Daşqın Əzizovdur. "Offside Sport Media"da çalışan 26 yaşlı jurnalist Media İnkişafı Agentliyinə açıqlamasında müharibə zamanı yaşadıqlarını xatırlayıb:
"Sentyabrın 29-da artıq sıravi əsgər olaraq ordu sıralarına çağırıldım. Bir media nümayəndəsi kimi həmişə arzum olub ki, döyüş zamanı operatorluq edim, orada hərbi müxbir kimi iştirak edim. Müharibə vaxtı döyüş yoldaşlarım məni jurnalist kimi çağırırdılar. Hətta mən orada bir neçə əsgərdən müsahibə də almışdım.
Müharibə zamanı biz Füzuli rayonuna yollandıq. Artıq ordumuz oranı düşməndən azad etmişdi. Biz isə sadəcə Füzulidə yerləşib, oranı müdafiə və mühafizə edirdik. Noyabrın 6-sı gecə saatlarında bizim qərargah rəisimiz komanda verdi ki, hər kəs toplansın, gedirik. Elə hərbi maşın karvanımız yola düşəndə o gəldi və dedi ki, əziz yoldaşlar, biz Şuşa istiqamətində hərəkət edəcəyik. Şuşanın adını eşidəndə hər kəsdə böyük bir sevinc, ruh yüksəkliyi yarandı. Çünki bizim əksəriyyətimiz Şuşa işğal olunanda heç dünyaya gəlməmişdik. O yerləri ancaq mavi ekranlarda görmüşdük. Əhva-ruhiyyəmiz yüksək olsa da, çox təhlükəli şəraitdə hərəkət edirdik. Biz zəfər yolu ilə irəliləyirdik. Daşaltı kəndinin kandarı ilə silsilə yüksəklikləri birnəfəsə qalxdıq. Təlimlərdə yorulanda istirahət edə bilirsən. Çünki qarşında düşmən olmur. Ancaq orada yorulanda heç kim oturmurdu, dincəlmirdi".
Açıqlamanı daha geniş halda aşağıdakı videoda izləyə bilərsiniz:
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal