"Komandama təşəkkür etmək istəyirəm. Əzmkarlıq göstərdilər, çox böyük istəklə meydana çıxmışdılar. Vacib 3 xal qazandıq, oyun da yaxşı alındı. Daha da inkişaf etmək üçün potensialımız var. Rəqibin gücü bəllidir. Ciddi hazırlaşmışdıq, sonda vacib xallar qazandıq".
Bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 6-cı tur matçından sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, komandasından heç bir futbolçunun Azərbaycan millisinə çağırılmamasına təəccüblənib: "Çox futbolçumuz milliyə namizəddir. Məşqçinin qərarıdır. Heyətin oyuna 5-6 saat qalmış açıqlanması bir az qəribə oldu. Son bir neçə toplanışda iştirak edən futbolçularım bu gün çağırılmadı. Bu, onlara bir az təsir edə bilər. Milli hər futbolçu üçün önəmlidir. Yalnız heyətin belə açıqlanması məyusedici oldu. Heyət oyundan sonra və ya 1-2 gün əvvəl açıqlana bilərdi. Coşqun Diniyev son oyunlarda yaxşı çıxış edir. Bu tip oyunçulara daha çox qayğı və diqqət göstərməliyik ki, fayda versinlər".
Sadıqovun sözlərinə görə, heyətin erkən açıqlanması komandaya psixoloji təsir edə bilməz: "Sadəcə, artıq həm futbolçuları oyuna motivasiya etməlisən, həm də milliyə çağırılmadıqları üçün onları ruhlandırmalısan. Diniyev kimi oyunçular qorunmalıdır ki, daha çox inkişaf etsinlər. Bu futbolçular bizim gələcəyimizdir. Mən onun yerində olsam, hansı qərarı verərdim, bilmirəm. Onun daha böyük səviyyədə oynamaq potensialı var.Bəlkə də onun milliyə çağırılmamağının ona əlavə bir faydası olacaq. Milliyə uğurlar arzu edirəm".
Baş məşqçinin milli komandanın oyunları ilə bağlı yaranacaq fasilənin həm mənfi, həm də müsbət tərəflərinin olduğunu vurğulayıb: "Yaxşı gedən komanda heç vaxt istəməz ki, fasilə olsun. Amma zədəlilərimizin bərpası üçün də vaxt olacaq".
Sadıqov komandasının nəyə qadir olması ilə bağlı əvvəlcədən proqnoz verməyin çətin olduğunu deyib: "Məni sevindirən amil odur ki, komandam böyük xarakter göstərir. Qol buraxsaq da, məyus olmur, sınmırıq. Düşünürəm ki, hər komanda inkişaf edə bilir. Heç vaxt maksimumun nə olacağını deyə bilməzsiniz".
O, Filip Paxtmanın yenidən zədələndiyini və 6-7 ay komandadan kənarda qalacağını bildirib: "Amma onunla yolları ayırmağı düşünmürük. Hesab edirəm ki, Paxtman Azərbaycana gəlmiş ən yaxşı 3 hücumçudan biridir. Bilmirəm, şanssızlıqdır, ya qismət. Onunla birlikdəyik, ona inanırıq" (Report).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib