“Yuventus”un futbolçusu Paulo Dibala zədəli olmasına baxmayaraq, Argentina millisinə çağırılıb.
Qol.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının saytı məlumat yayıb. 27 yaşlı hücumçunun adı millinin oktyabr ayında DÇ-2022-nin seçmə mərhələsində keçirəcəyi oyunlar üçün iştirak ərizəsinə daxil edilib.
Xatırladaq ki, Dibala A seriyasının 6-cı turunda “Sampdoriya” ilə matçda (3:2) zədələnib və meydanı göz yaşları ilə tərk edib.
Qeyd edək ki, Argentina yığması oktyabrın 8-i Paraqvay, 11-i Uruqvay, 15-i isə Peru ilə qarşılaşacaq.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda