Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Qəbələ" "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün son qarşılaşmasında "Sabah" "Sumqayıt"ın qonağı olub və 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
21 avqust (şənbə)
20:00. “Sumqayıt” –“Sabah” - 2:0
Qollar: Əli Qurbani, 32, Tellur Mütəllimov, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
18:00. “Qəbələ” – “Keşlə” - 2:1
Qollar: Akakpo (1:0), 11, Utriq, 30 (2:0), Abanq, 76 (2:1)
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+4-iki sarı vərəqə ("Keşlə")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Qəbələ şəhər stadionu
22 avqust (bazar)
18:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” – “Səbail”
“Azersun Arena”
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu