Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulub.
Qol.az xəbər verir ki, E və F qrupunda keçirilən oyunlardan sonra bütün 1/8 finalçılar müəyyənləşib.
E qrupunda İspaniya Slovakiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 5:0. E qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İsveç 7 xalla qrup 1-cisi, İspaniya isə 5 xalla qrup 2-cisi kimi 1/8 finala yüksəlib.
Slovakiya isə 3 xalla qrup 3-cüsü olub. Yığma digər qrupların 3-cü pillədə yer alan milliləri müqayisədə top fərqinə görə geri qaldığı üçün turnirlə vidalaşıb. Polşa da 1 xalla sonuncu yerlə turnirdə mübarizəni dayandırıb.
“Ölüm qrupu” sayılan F qrupunda isə Fransa pley-offa vəsiqəni əvvəldən təmin etmişdi. Digər 3 komandanın 1/8 finala çıxmaq şansı var idi. Almaniya Münhendə Macarıstanla qarşılaşıb. Oyunun gedişində macarlar iki dəfə hesabda irəli çıxsalar da, almanlar möcüzəyə imkan verməyib. Görüş 2:2 hesabı ilə başa çatıb. Portuqaliya isə Fransa ilə matçda heç-heçə edib - 2:2. Bu nəticələrdən sonra Almaniya və Portuqaliya da pley-offa yüksəlib. Macarıstan millisi isə 2 xalla qrup sonuncusu olub və turnirlə vidalaşıb.
Beləliklə, İtaliya, Uels, Belçika, Danimarka, Niderland, Avstriya, İngiltərə, Xorvatiya, İsveç, İspaniya, Fransa, Almaniya milliləri qrupda ilk iki yeri tutmaqla, İsveçrə, Ukrayna, Çexiya və Portuqaliya yığmaları isə ən yaxşı 3-cü yerin sahibi kimi 1/8 finala yüksəlib.
23 iyun
Avro-2020
3-cü tur
F qrupu
23:00. Almaniya - Macarıstan - 2:2
Qol: Szalay, 11 (0:1), Havertz, 66 (1:1), Şafer, 68 (1:2), Qoretska, 83 (2:2)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Münhen. “Allyans Arena”
23:00. Portuqaliya – Fransa - 2:2
Qol: Ronaldo, 31-pen. (1:0), Benzema, 45+2-pen. (1:1), 47 (1:2), Ronaldo, 60-pen. (2:2)
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Budapeşt. “Puşkaş Arena”
|
1 |
|
1 |
|
0 |
4 |
|
5 | |
|
2 |
Almaniya |
|
1 |
|
|
6 |
|
|
|
3 |
Portuqaliya |
|
|
|
1 |
|
|
|
|
4 |
Macarıstan |
|
0 |
|
1 |
|
|
|
20:00.Slovakiya – İspaniya - 0:5
Qollar: Dubravka, 30-avtoqol, Emerik Lyaport, 45+3, Pablo Sarabiya, 56, Ferran Torres, 67, Kuçka, 71-avtoqol
Reallaşdırılmayan penalti: Alvaro Morata, 12 (İspaniya) - qapıçı
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu
20:00. İsveç - Polşa - 3:2
Qollar: Forsberq, 2 (1:0), 59 (2:0), Levandovski, 61 (2:1), Levandovski, 84 (2:2), Klaesson, 90+4 (3:2)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu
|
1 |
İsveç |
|
|
|
0 |
|
|
|
|
|
2 |
İspaniya |
|
|
|
|
|
|
|
|
|
3 |
Slovakiya |
|
|
|
|
|
|
|
|
|
4 |
Polşa |
|
0 |
|
|
|
|
|
|
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi