Millinin baş məşqçisi ayrılıq qərarı verdi

Millinin baş məşqçisi ayrılıq qərarı verdi
AVRO-2020 22 İyun 2021 / 14:50 2319
-  A +

Avro-2020-nin iştirakçılarından Şimali Makedoniya millisinin baş məşqçisi İqor Angelovski vəzifəsindən ayrılacaq.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü açıqlama verib. O iyulun 31-də başa çatacaq müqaviləsini yeniləməyəcəyini bildirib: "Bu komandaya Avropa çempionatında rəhbərlik etmək mənim üçün şərəf idi. Daha yaxşı çıxış etmək istəyirdik. Lakin üzülməyə də dəyməz. Çünki bu, bizim böyük turnirlərdə debütümüz idi. Mən futbolçulara səylərinə görə yalnız təşəkkür edə bilərəm. Onu da demək istəyirəm ki, iyulun 31-də başa çatacaq müqaviləm bitəndə yığmadan gedəcəyəm".

Qeyd edək ki, Şimali Makedoniya millisi tarixində ilk dəfə Avropa çempionatının finalına vəsiqə qazansa da, qrup mərhələsində 3 görüşün hər birində uduzub.

Daha çox


Son xəbərlər