Sənan Qurbanov: "Ən güclü rəqib bizə düşdü"

Sənan Qurbanov: "Ən güclü rəqib bizə düşdü"
ÖLKƏ FUTBOLU 16 İyun 2021 / 16:56 3783
-  A +

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Qol.az xəbər verir ki, Rusiyanın "Soçi" komandası ilə qarşılaşacaq Bakı təmsilçisinin çalışdırıcısı klubun mətbuat xidmətinə açıqlamasında rəqib haqqında deyib:

“Soçi" çox güclüdür. Püşkdə potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, “Soçi” komandası Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, hətta “Soçi”dən də güclü rəqib düşsəydi belə, inanımız heç zaman itməməlidir. UEFA Konfrans Liqasında çıxış etdiyimizə görə çox xoşbəxtik. Belə görünə bilər ki, “Soçi” bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Biz çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı