"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci – sonuncu turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gələrək çempion olduqları oyundan sonra mətbuat konfransı keçirib.
Qol.az xəbər verir ki, o, matçdan sonra bu fikirlərini bildirib.
Çempionat ərzində çox danışmışam. Sözlərin tükəndiyi gündür. “Neftçi” camiəsini təbrik edirəm. Azarkeşlərimiz, inamımız möhtəşəm idi. Bu inama arxayınlaşaraq bura gəlmişik. Bura gəlməzdən əvvəl bazanın qarşısında nələr baş vermişdi. Bu cür azarkeşə çempionluq yaraşırdı. Yolun hələ əvvəlindəyik. Amma görünən odur ki, doğru yoldayıq. Hədsiz əziyyət çəkən insanlar var. Üzdə görünən futbolçular və məşqçilərdir. Görünməyən insanlar var ki, bizdən də çox bu çempionluğa layiqdirlər. Bazanın əməkdaşları, aşpazlar, xadimələr... Adlarını bir-bir çəkə bilmirəm, kimisə yaddan çıxara bilərəm. Onların haqqı məndən çoxdur. Bu gün elə gündür ki, mən tamadalıq eləməliyəm. Bütün komandalara təşəkkür edirəm. Biz bu gün təkcə “Qarabağ”a qarşı deyil, bir struktura qarşı oynayırdıq. Həqiqətən də, “Qarabağ” gözəl iş qurub. Onların hamısı dostlarımdır, xətirlərini çox istəyirəm. Amma bu ilin komandası biz idik.
- Çempionlar Liqasında çıxış edəcəksiniz. Komanda güclənəcəkmi?
- Rəhbərliklə bu barədə danışmamışdıq, amma məşqçilər olaraq öz aramızda planlar qurmuşduq. Bəzi məqamlar var ki, rəhbərliklə həll olunmalıdır. Çempionlar Liqası tam fərqli turnirdir. Orada Azərbaycanı layiqincə təmsil etmək üçün bu yetərli deyil. Bütün Azərbaycan bizə baxacaq.
- Penalti epizodları ilə bağlı fikirləriniz nələrdir?
- Həmin epizodlarla qələbəmizə kölgə salmaq istəmirəm. Sabah təhlil etdikdən sonra nəsə deyə bilərəm. Oyunçumuzun yerdə əlində top dəydi. Bu nə dərəcədə penaltidir? Xaymenin epizodunda isə penaltidən söhbət gedə bilməz. Amma yenə də yanıla bilərəm.
- Qurban Qurbanova sual ünvanlandı ki, siz Samir Abasova uduzdunuz, yoxsa “Qarabağ” “Neftçi”yə uduzdu. Siz necə düşünürsünüz, şəxsən Qurban Qurbanova qalib gəldiniz?
- “Qarabağ” nümunəvi klubdur. Biz hələ işin əvvəlindəyik. Onlarda isə böyük struktur var. Qurban müəllimlə aramızda olan rəqabətdən yox, klublar arasındakı rəqabətdən danışmaq lazımdır. Düşünürəm ki, Samir yox, başqa məşqçi də olsaydı, eyni hal yaşanacaqdı. “Neftçi” min Samirdən üstündür.
- Komandada nəyi dəyişdiniz ki, mövsümü çempion kimi bitirdiniz?
- Kollektivi ələ aldıq, onlara inam aşıladıq. Ölmüş bir komandanı götürüb nəsə eləmək çətindir. Amma yarı işi mən gördümsə, yarı işi də futbolçular göstərdi. Onlar inandılar. Komanda ruhən ölmüşdü. 0:6 hesabı ilə uduzan komanda var idi. Söhbət məndən əvvəlki baş məşqçidən getmir. Bu çempionluqda onun da payı oldu. Son 5 oyunu səfərdə oynamışıq. Yayda çətin sınaqdan çıxdıq.
- Oyun sönük keçdi və ikinci hissənin əvvəlində sakit idiniz. Bu sakitlik nədən qaynaqlanırdı?
- Bir-birimizdən ehtiyatlanırdıq. “Qarabağ”la açıq futbol oynaya bilməzdik. Bəzi epizodlarda tez top itirdiyimiz üçün əsəbiləşirdim. Sona yaxınlaşdıqca sistemdən çıxdıq, ancaq hücumu düşündük. Mənim özümdə inam çox idi. Digər matçlardan bəlkə daha aqressiv idim.
- Bir epizodda Aqil Məmmədov ciddi səhvə yol verdi. Həmin epizod qol olsaydı, nə edəcəkdiniz?
- Bilmirəm. Bəlkə də, bu sevinc olmayacaqdı.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib