“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin klubla müqaviləsi 2021-ci ilin mayın 31-də başa çatır.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubda gələn ay keçiriləcək prezident seçkisi səbəbindən mütəxəssis nəzakət qaydası çərçivəsində “Qalatasaray”la vidalaşaraq, ayrılıb. "Hürriyət" qəzeti yazıb ki, 67 yaşlı mütəxəssis əvvəllər olduğu kimi, klub rəhbərliyinə gələcək şəxslərin baş məşqçi məsələsində şəffaf qərarlar verməsi üçün işini seçkidən öncə yekunlaşdırıb.
Fatih Terim Superliqanın son turunda "Yeni Malatyaspor"la matçdan (3:1) sonra "Mənim müqaviləm bu ay başa çatır. Hər dəfə prezident seçkilərində olduğu kimi, bu dəfə də öz üzərimə düşəni yerinə yetirəcəyəm. Buna heç kimin şübhəsi olmasın" - deyə açıqlama verib və ailəsi ilə birgə tətil üçün Bodruma yollanacağını deyib.
Həmçinin bildirilir ki, baş məşqçi təyinatı ilə bağıı qərarı iyun ayında keçiriləcək prezident seçkilərindən qalib ayrılan şəxslər verəcək. Əgər yeni rəhbər yoluna Fatih Terimlə davam etmək istəsə, təcrübə və planları nəzərə alaraq onunla yeni müqavilə imzalayacaq. Lakin komandaya yeni mütəxəssisin gətirilməsi ehtimalı da var.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm Superliqada "Beşiktaş"la eyni xal - 84 xal toplayıb. Lakin "aslanlar" "qara qartallar"dan toplar nisbətində 1 top geri qaldığı üçün çempion ola bilməyib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi