Bosniyalı qapıçı Asmir Beqoviç 2020/21 mövsümünün yekununa əsasən “Borntmunt”un ən yaxşı futbolçusu seçilib.
Qol.az-ın xəbərinə görə, “Daily Echo-Micky Cave” nəşrinin sorğusunda 33 yaşlı futbolçu hamıdan çox - 44 faiz səs toplayıb. Bununla da o, ikinci yeri tutan hollandiyalı yarımmüdafiəçi Arnaut Danjumanı (33 faiz) və ingilis müdafiəçi Kemeron Karter-Vikersi (7 faiz) qabaqlayıb.
Beqoviç bu mövsüm Çempionşipdə mübarizə aparan “Borntmunt”un əsas qapıçısı kimi 45 oyunda meydana çıxıb və 44 qol buraxıb. 15 matçda isə o, qapısını toxunulmaz saxlayıb. Bu, onun son illərdəki ən uğurlu çıxışlarından hesab olunur.
“Borntmunt” Çempionşipi 6-cı yerdə tamamladığından yenidən Premyer Liqada oynamaq şansı qazanıb. Bunun üçün komanda pley-offda yarışacaq.
Xatırladaq ki, Asmir Beqoviç 2019/20 mövsümünün yarısını “Qarabağ”da keçirib. Sonra icarə qaydasında “Milan”da oynayıb. 2020-ci ilin avqustun 31-də isə müqavilə ilə məxsus olduğu “Borntmunt”a qayıdıb.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu