“Bizim üçün önəmli oyun idi. Çünki qələbə qazanmaqla intriqanı son tura saxlamaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün sevinirik”.
Bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Abasov bildirib ki, komandasının qol epizodlarını qaçırması onu narahat edir: “Oyunun sonunda komandamızda panika var idi. Bu da normal idi. Çünki rəqib qol vurmaq istəyirdi. Məni narahat edən məqam odur ki, yaxaladığımız qol şanslarını dəyərləndirə bilmirik. Halbuki bu gün 2-ci, 3-cü qolu vurmaqla oyunun taleyini daha tez həll etmək olardı. Artıq son oyuna hazırlaşacağıq”.
“Neftçi”nin baş məşqçisi Keysuke Hondaya bugünkü oyunda şans verməməsinin səbəbini belə izah edib: “Qarabağ”ın oyunun nəticəsindən xəbərim yox idi. Yalnız qarşılaşma başa çatandan sonra bildim ki, qələbə qazanıblar. Yəni Hondanın bugün ehtiyatda qalmasının planla heç bir əlaqəsi yox idi. Sadəcə ardıcıl süni örtüklü meydanda 2 oyun keçirmişdik və Honda ağrılardan şikayətlənirdi. Ona görə də bugünkü matçda onu qoruduq”.
Abasovun fikrincə, hücumda aktiv, müdafiədə isə diqqətli olmaq lazımdır: “Bakcell Arena”da Namik Ələskərov vura bilməmişdi, bu gün isə Stiven Monroza ümid edirdik. Plan topu rəqibə vermək və necə oynayacağını görmək idi. Çünki bilirdik ki, “Sumqayıt da udmalı idi. 3 müdafiəçinin üstünə getməyək. Ən yaxşısını etdik və qalib gəldik. Həyəcan siqnalı yoxdur. Buna vaxt da yoxdur. Xoş haldır ki, qol epizodları yarada bilirdik. Əvvəl bu baxımdan problem var idi. İndi vəziyyət dəyişib. Heç həyəcanlanmırıq. “Qarabağ”la oyunda bu qədər qol imkanımız olmayacaq”.
Baş məşqçi “Qarabağ”la keçirəcəkləri son turun önəminə də diqqət çəkib: “Mən həmişə rahat yatıram. Sadəcə, “Qarabağ”la qarşılaşma həyatımızın son oyunu qədər vacibdir”.
Abbasov “Qarabağ”la oyunda əcnəbi baş hakimin dəvət edilməsinə ehtiyac duymadığını vurğulayıb: “Məncə, bu, mənə aid sual deyil. Son turda belə qərar vermək düz olmaz. Hakimlərimizə inanmalıyıq. Onlar avrokuboklarda, Avropa Liqasının qrup mərhələsində oyun idarə edir, bu cür qarşılaşmalarla bişirlər. Öz hakimlərimizə etibar edərdim” (Report).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib