"Əlbəttə, uduzmaq istəməzdik. Son oyunadək üstünlüyümüz qorumaq istəyirdik. Uzatma dəqiqəsində qol buraxmaq planda yox idi. Bir qol hər şeyi həll etdi. Son iki finalımıza hazır olmağa çalışacağıq".
Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 27-ci tur matçından sonra mətbuat konfransında deyib.
O bildirib ki, pərişanlığı oyuna görə deyil: "Bəzi məqamlar adamı üzür. Oyunun yorğunluğu adamı üzür. Digər komandaların bizdən açıq-aşkar üstünlükləri var. Amma biz oyun baxımından heç kimdən geri qalmırıq. Sevinirik ki, "Neftçi" və "Qarabağ"la bərabər mübarizə aparırıq".
Son dəqiqədə "Neftçi"nin məşqçisi Seymur Rəhimovla "Sumqayıt"ın futbolçusu arasındakı gərginliyə də toxunan Abbasov feyr-pleyə və meydanın daxilindəkilərə düzgün reaksiya vermələrinin gərəkliyini vurğulayıb (Report).
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi