“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri matçı şərh edib.
Qol.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
- İlk hissədə yaxşı qol imkanlarımız oldu. Amma qol vurmağı bacarmadıq. İlk hissədə daha çox hücumda ola bilirdik. İkinci hissəyə rəqib daha yaxşı başladı və hesabı açdı. Qoldan sonra "Zirə" daha çox qapandı. Rəqibin müdafiəsini yarmaq çətin idi. Standart vəziyyətdən qol vurdular. Bu, bizim yaralı yerimizdir. Hər oyun standart vəziyyətlər zamanı əziyyət çəkirik. Rəqibi təbrik edirəm, çox diqqətli oynadılar. İmkan vermədilər ki, fərqi azaldaq. Çempionatda rəqabət yüksək səviyyədədir. Hər oyunda epizodlar yaxalaya bilirik. Rəşad Sadıqovun ilk ilində medallar uğrunda oynaması təqdirəlayiqdir. Çalışacağıq ki, son oyunda istədiyimiz nəticəni əldə edək.
- Premyer Liqada klubların hamısında yerli məşqçidir. Sizcə, bu, çempionatda rəqabəti artırırmı?
- Məncə, hə. Düşünürəm ki, belə davam etsə, daha yaxşı olar və rəqabət də artar. Komandaların büdcələri də yüksəlsə, çempionluğa əvvəlki illərdə olduğu kimi daha çox komanda iddia edər.
- Məğlubiyyətə səbəb nə idi?
- "Zirə"nin daha motivasiyalı olması normaldır. Biz də mübarizə apardıq, sona qədər oynadıq. "Zirə" ilk hissədə boşluqlar verirdi. Qol vurduqdan sonra artıq daha diqqətli olmağa başladılar. Gənc futbolçularımız var, rəqiblərlə müqayisədə fərdi xüsusiyyətləri yüksək olan futbolçularımız azdır. Bu gün "Zirə" qələbəyə daha layiq idi.
- Gənc futbolçuların hərbi xidmət keçməsi ilə bağlı nə düşünürsünüz? Çünki futbolçular hərbi xidmətə gedəndə, uzun müddət formadan uzaq qalırlar...
- Hər zaman istedadlı futbolçuları klublarımız çalışıb ki, hərbi xidmətə gedənlərə güzəştlər olsun. Ancaq düşünürəm ki, bəzi futbolçular hərbi xidmətə getsə, daha yaxşı olar (gülür). İstedadlı futbolçulara güzəştlərin olması yaxşı olardı.
- Yeni mövsümlə bağlı artıq düşünməyə başlamısızmı?
- Açığı, klub tərəfindən təklif almışam. Ancaq hələ diqqətimiz son oyundadır. Yəqin ki, yaxın zamanda bilinəcək. Müəyyən fikirlər var, lakin hələ tam köklənə bilmirik. Büdcənin təyin olunmasından sonra planlar qururuq. Son oyundan sonra artıq bu haqda düşünməyə başlayacağıq (matc.az).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib