“Sevinməyə vaxtımız yoxdur” – Rəşad Sadıqov

“Sevinməyə vaxtımız yoxdur” – Rəşad Sadıqov
PREMYER LİQA 14 May 2021 / 21:26 2764
-  A +

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib.
 
Qol.az xəbər verir ki, Sadıqov 2:0 hesabı ilə qələbə qazandıqları matçı belə şərh edib:
 
“Maraqlı oyun alındı. Çempionatın son oyunları psixoloji cəhətdən çətin keçir. İlk dəqiqədən futbolçularım meydanda tapşırdıqlarımı etdilər. İkinci hissəyə daha inamlı başladıq. İki qoldan sonra uşaqlarda hesabı qorumaq fikri formalaşdı. İkinci qolu vurduqdan sonra oyun daha çətin oldu. Bir oyunumuz qalıb, ona köklənəcəyik. Sevinməyə vaxtımız yoxdur. Vacib səfər oyunumuz var. Futbolçuların bu matçın məsuliyyətini başa düşür”.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı