"Çelsi" Tuhellə müqaviləni uzadır

"Çelsi" Tuhellə müqaviləni uzadır
DÜNYA FUTBOLU 12 May 2021 / 11:14 1268
-  A +

"Çelsi" baş məşqçisi Tomas Tuhellə müqaviləni yeniləməyi planlaşdırır.

Qol.az "Daily Mail"ə istinadən xəbər verir ki, klub almaniyalı mütəxəssisin işindən razıdır. Tuhel özü də London təmsilçisində daha uzun müddət çalışmaq istəyir.

Bu ilin yanvar ayında "Çelsi"yə baş məşqçi təyin edilən Tuhellə 1.5 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Tuhelin komandası Çempionlar Liqasının finalına yüksəlib. "Zadəganlar" mayın 29-da həlledici görüşdə "Mançester Siti" ilə qarşılaşacaq. 
 

Daha çox


Son xəbərlər
16.06.21  19:42

1 qol, 3 xal - Video

16.06.21  18:58

Fiqu Bakıda