Xəbər verdiyimiz kimi, AFFA “Turan Tovuz”, “Kəpəz” və “Zaqatala”ya növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün lisenziya verməyib. Məsələ ilə bağlı "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev Qol.az-ın suallarını cavablandırıb.
- Nadir müəllim, AFFA-nın bugünkü qərarını necə qarşıladınız?
- Qərar onsuz da məlum idi. Təəccüblü bir şey yoxdur. Hər birimiz istəyirik ki, Premyer Liqada mübarizə aparaq. Amma belə qərar verildi. Nə deyə bilərik...
- Yəni bununla razısınız?
- Dediyim kimi, artıq qərar verilib. Amma istəyirdik ki, Premyer Liqada mübarizə aparaq. Deyirdilər ki, bu il Premyer Liqada 10 klub olacaq. Ona görə də var gücümüzlə mübarizə aparırdıq. Uşaqlar hər oyuna qələbə üçün çıxırdı. Amma bizdən asılı olmayaraq, belə qərar verildi.
- Bu, futbolçularınıza necə təsir edib?
- Bakıda 450 km məsafədə yerləşirik. Bura gələn futbolçuya deyirik ki, gəlin, yaxşı mübarizə aparın, gedək Premyer Liqaya. İndi onlara nə deyək? Ancaq deyə bilərik ki, gəlin oynayın. Başqa heç bir şey.
- Bəs, azarkeşlərinizin reaksiyası necədir?
- Hər kəs mənə zəng edir, hər kəs bu haqda soruşur. Hər kəsə deyirəm, bu, bizdən asılı olan məsələ deyil. Sponsorumuz yoxdur. Əsas sponsordur, o da bizdə yoxdur. Hər birimiz istəyirdik ki, Premyer Liqaya qalxaq.
- "Turan Tovuz” konkret hansı lisenziya meyarlarına cavab vermir?
- Yalnız maliyyə meyarına. İlk dəfə deyil ki, belə bir vəziyyət yaranır. Əvvəllər Premyer Liqada mübarizə aparırdıq. Düzdür, o vaxt da maliyyə vəziyyəti əla olmayıb. Lakin indi klubun infrastrukturu çox yaxşı vəziyyətdədir, yaxşı bazası var. Üzümü azarkeşlərə, maraqlanan insanlara tutub deyirəm: bizlik bir şey yoxdur. Əlimizdən gələni edib iki dəfə çempion olmuşuq, heç birində lisenziya verilməyib. Bu dəfə də verilmədi. Səbəb də maliyyə məsələsi idi. Biz hər zaman Premyer Liqada çıxış etmək istəyirik.
Ağa Dadaşzadə
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda