"Oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki əbəs yerə buna 6 xallıq matç demirdilər. Amma həqiqətən də iki komandaya da təbrik düşür. Birinci saniyədən, sonuncu saniyəyədək meydanda kəskin mübarizə oldu".
Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın 24-cü tur oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, bir qol matçın taleyini həll edə bilərdi: "Hər iki komanda ehtiyatı əldən vermək istəmirdi. Bizim də, rəqibin də qol epizodları oldu. Qarşılaşmadan razı qaldım, futbolçuları təbrik edirəm. Sıx qrafikdə tempi saxlamaq çətindir. Biz futbolçuarı qorumaq üçün nələrsə edirik. Hər xal bizi yuxarı aparır. Çalışacağıq ki, sonadək mübarizə aparaq".
Abbasov görüşdə narazı qaldığı məqamların da olduğunu diqqətə çatdırıb: "Bunları analiz edirik. Bəzi futbolçulardan çox şey gözləyirik. Bu gün son ötürmələrdə gecikmələr oldu. Bunları daha yaxşı edə bilərdik. Həqiqətən istədiyimiz hücumları gördük. Rəqibi də yaxşı analiz etmişdik. Onlar son 3 matçı tamam başqa cür oynayıblar. Baş məşqçi Rəşad Sadıqov dəyişikliklər etməyi xoşlayır. "Zirə"nin kubok matçına da baxdıq. Orada izlədiklərimizi bu gün meydanda gördük. Rəqibə qarşı düzgün oynamaq önəmlidir".
Baş məşqçi ilk hissədə Rəşad Sadıqovla dialoquna da toxunub: "Bu elə də ciddi gərginlik deyildi. Anlaşmazlıq oldu. Çünki rəqibin futbolçusu da eyni sözü işlətmişdi. Uzaqda idim və Rəşadın səsini eşitməmişdim. Hakimin hansısa qərarına mən və rəqib baş məşqçi də etiraz edirdi. Bunlar olmasa, çempionatın gözəlliyi olmaz. Hər iki mütəxəssis qələbə qazanmaq istəyir. Biz hər şeyin pərdəsini bilirik. Rəşadla bir-birimizi uşaqlıqdan tanıyırıq. "Dır-dır" oynayanda da mübahisələr olur. Bu, normaldır".
Mütəxəssis Zirə səfərindən bir xalın pis nəticə olmadığını sözlərinə əlavə edib: "Üçüncü yer üçün iddiamızı qoruyuruq. Hər iki komandanın qarşıda çətin oyunları var. Onlar da bizim kimi kubokda da mübarizə aparırlar. İkimizin də üçüncü bürünc medal qazanmaq şansı var. Vuruşacağıq. Bu dəqiqə hansısa komandada böyük üstünlük yoxdur. "Zirə" az qol buraxan komandadır. Səhv etmirəmsə, böyükhesablı məğlubiyyəti yalnız "Neftçi" ilə matçda alıb. Bu rəqib komanda şəklində yaxşı müdafiə olunur".
Abbasov sonadək mübarizə aparacaqlarını deyib: "Oyunun hakimləri var. Əgər kimsə, kobud oynasa baş hakim qərar verəcək. Məncə, futbol mübarizə oyunudur. Mübarizədən kəçinməyəcəyik. Bəlkə bundan da artığını edəcəyik. Nəticə qazanmaq istəyiriksə, meydanda mübarizə aparmalıyıq. Bəzi komandaların universal oyunçuları var. Biz elə komanda deyilik. Mübarizə aparan kollektivik".
Baş məşqçi "Sumqayıt"ın qarşısına hansısa hədəfin qoyulmadığını vurğulayıb: "Qarşıma hədəf qoyulsa, mənim də şərtkərim olar. Hədəflərdən biri mübariz komanda yaratmaqdır. Bu gün komandamız göz önündədir. Gəncləri yetişdirmək istəyirik və milliyə oyunçular veririk. Hansısa baş məşqçi nəticə istəmədiyini deyirsə, səmimi olmaz. Biz də nəticə və avrokuboka vəsiqə istəyirik. Bəzi klublar avrokuboklara düşə bilmir və ruh düşkünlüyü yaranır. Çünki onların büdcələri və şəraiti buna hazırlanıb. Bu gün bürünc medal qazansaq, "Sumqayıt"ın tarixinə düşərik. Kim istəmir ki, tarixə düşsün? Alınmasa, məyus olmayacağıq. İlk "4-lük"də yer almaq da bizim üçün böyük uğur olacaq" (Report).
"Real"da itki
Xusanov "Mançester Siti"nin ən yaxşısı seçildi
Misli Premyer Liqasında hakim təyinatları açıqlandı
Ronaldo yenə iştirak ərizəsində yoxdur
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
30 min avroluq maska ilə qeyri-adi məşq - Səbəblər, Video
Finalçılar onlardır
"Barselona"nın yarımfinaldakı rəqibi müəyyənləşdi
Cüdoçularımızın Parisdəki rəqibləri məlum oldu
"İmişli"dən yeni transfer
Kubokda antirekord təkrarlandı
Azərbaycan yığması 0:6 hesabı ilə uduzdu
"Qəbələ"nin legionerinin qolu liqanın ən yaxşısı seçildi
"Şamaxı"nın "Qarabağ" üzərində qələbəsi yubiley oldu
Azərbaycan Milli Olimpiya Komitəsi BOK-a etirazını bildirib
Xames Rodriqesin yeni klubu bəlli oldu
AFFA İntizam Komitəsi qərarları açıqladı
"Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Duran bu klubla razılaşdı
Superliqa klubunda yeni baş məşqçi
Rövlan Muradov “Sumqayıt”la oyunlar haqda
“Elə bil tapşırıblar ki, Yunisə "sarı" verin”
“Qarabağ”ın Çempionlar Liqası heyətində dəyişiklik edildi
"Beşiktaş" “Vulverhempton”dan futbolçu aldı
Benzema debüt matçında het-trik etdi
"Fənərbaxça"nın kubok qələbəsi - Video
Bu gün Qış Olimpiya Oyunları rəsmən başlayır
Türk əsilli argentinalı "Qalatasaray"a keçdi - Rəsmi
Qara Qarayevə ağır itki
"Turan Tovuz"un qələbəsindən - Video
"Beşiktaş" və "Fənərbaxça"nın futbolçuları cəzalandırıldı
"Barselona" Levandovskini bu şərtlə klubda saxlaya bilər
Klub qaydaları pozdu, hesabından 6 xal silindi
"Əsas odur qələbə qazandıq" - Ruslan Abışov
Saşa Boey yenidən "Qalatasaray"da
La Liqa klublarının hədəfinə düşdü
"Şamaxı" "Qarabağ"a, Turan Tovuz" "Kəpəz"ə qalib gəldi