Uels millisinin nümayəndələri Bakıya gəlib - Şəkillər

Uels millisinin nümayəndələri Bakıya gəlib -  Şəkillər
ÖLKƏ FUTBOLU 17 Aprel 2021 / 20:24 1427
-  A +

Avro-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb. Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels milli komandası Avro-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər