"Oyunun belə ağır keçəcəyini əvvəlcədən bilirdik. Rəqibimiz çempionluğa oynayan komandadır. Heyətində keyfiyyətli futbolçular var. Bizim də öz planımız var idi. Matç dinamik alındı. Hər iki komanda müdafiə yox, hücum futbolu sərgilədi. Görüşün nəticəsini ədalətli hesab etmək olar".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqansının 22-ci turunda evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə ilə yekunlaşan oyundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, istəyi komandasının hücum edə-edə müdafiə olunması idi: "Udanda, uduzanda və ya heç-heçə edəndə futbolçularımın deyilənləri icra etdiyini görürəmsə, bundan məmnun oluram. Məni kədərləndirən onların deyilənləri meydanda icra etməməsidir. Yaxşı futbol oynayırıq, komandadan razıyam".
Baxşıyev hakimlik barədə daha geniş danışmayacağına söz verdiyini söyləyib: "Futbolda emosiyalar yüksək həddə olur. Kənarda emosional görünməyimiz təəccüblü görünməsin. Çünki komandanın məsuliyyətini özümüz daşıyırıq".
Baş məşqçi oyunu buraxan Nikolas Rayselin zədəli olduğunu vurğulayıb: "Növbəti matçlarda onun xidmətindən yararlana biləcəyik".
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Çempionluq medalını anasına verdi - Video
"Zirə" onunla 5 illik müqavilə bağladı
DÇ-2026-nın rəmzi komandası