Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vurulub.
Qol.az xəbər verir ki, ikinci oyun günündə 3 görüş keçirilib. Lider "Neftçi" gözlənilmədən evdə "Sumqayıt"a uduzub - 0:2. Komandalar arasında 2-ci turda "Neftçi"nin meydanında keçirilən görüş də "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Digər görüşdə isə "Qəbələ" "Sabah"ın qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Bununla da paytaxt təmsilçisi 7 oyunluq qələbəsizlik seriyasına son qoyub.
Günün maraqla gözlənilən son qarşılaşmasında isə 2-ci pillədə olan "Qarabağ" "Keşlə" ilə səfərdə üz-üzə gəlib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
Bu nəticələrdən sonra xallarını 43-ə çatdıran "Qarabağ" "Neftçi"ni qabaqlayaraq liderliyə yüksəlib. "Neftçi" 42 xalla 2-cidir.
4 aprel (bazar)
18:30. “Keşlə” – “Qarabağ” - 1:1
Qollar: Rəhman Hacıyev, 7 (1:0), Patrik Andrade, 90+2-pen. (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
“ASK Arena”
17:30. “Sabah” –“ Qəbələ” - 1:0
Qol: Ramil Şeydayev, 45+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”
16:30. “Neftçi” – “Sumqayıt” - 0:2
Qollar: Rəhim Sadıxov, 4 (0:1), 42 pen.(0:2)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
“Bakcell Arena”
3 aprel (şənbə)
“Səbail” – “Zirə” - 0:0
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Çempionluq medalını anasına verdi - Video
"Zirə" onunla 5 illik müqavilə bağladı
DÇ-2026-nın rəmzi komandası