Qara görə Tovuzdakı oyun yenə təxirə salındı - Şəkillər

Qara görə Tovuzdakı oyun yenə təxirə salındı -  Şəkillər
ÖLKƏ FUTBOLU 12 Mart 2021 / 10:58 1485
-  A +

Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla  örtülməsinə səbəb olub.

Qol.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün baş tutmayacağı məlum olub.

Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.

Xatırldaq ki, fevralın 17-də "Turan Tovuz"un bu stadionda "Sumqayıt-2" ilə keçirilən oyunu da güclü qar səbəbindən yarımçıq dayandırımış və növbəti gün oynanılmışdı.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı