“Mənim üçün “Qarabağ”la qarşılaşmaq çox önəmlidir. Bunu keçmiş komandamla görüşdüyüm üçün demirəm. Sadəcə, hər bir rəqiblə oyun böyük əhəmiyyət kəsb edir”. Bunu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Rasim Kara deyib.
Cari mövsümün startına az qalmış “Qarabağ”ı “Xəzər-Lənkəran”a dəyişən 58 yaşlı türkiyəli mütəxəssisin fikrincə, bu komandalar arasında qarşıdakı görüş diqqət mərkəzində olsa da, ajiotaj yaratmağa lüzum yoxdur: “Mən “Qarabağ”la oyuna prinsipial yanaşmıram. Komanda yayda mənim vaxtımda güclü transferlər həyata keçirdi. Mən gedəndən sonra isə daha bir necə futbolçu aldı. “Qarabağ” güclü rəqibdir. Bu mənada bizi çətin sınaq gözləyir”.
Kara keçmiş komandası üzərində qələbənin vacibliyini turnir cədvəli baxımından belə izah edib: “Məqsədimiz liderliyi qaytarmaqdır. Buna görə, qələbə bizim üçün vacibdir. Hər bir oyuna ciddi hazırlaşırıq. Bakıdakı hazırlığı başa vurandan sonra bu gün Lənkərana qayıdırıq və son məşqimiz orada keçirəcəyik. Kamran Ağayev anasının vəfatı ilə əlaqədar komandadan kənarda qalıb. Denis Silva zədə ucbatından oynaya bilməyəcək. Kapitanımız Emin Quliyev isə sağalsa da, məşqləri buraxması problem yaradır”.
Mənbə: APA-Sport
“Real”a keçə bilər
Yamal onu təhqir etdi
Modriç Messiyə çatdı
Fransa - Türkiyə matçının heyətləri açıqlandı
“Millidən getmək üçün ən doğru vaxt indidir” - Emin Mahmudov
“Sabah Emin üçün meydana çıxacağıq” - Ayxan Abbasov
1-ci liqada həftənin hakimləri məlum oldu
Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
“Marafon” və “Ağstafa Gəncləri”ndən böyükhesablı qələbə
Əfsanələrin dueli 11 qolla yadda qaldı
“Qarabağ”ın legioneri millidə qol ötürməsi etdi
“Çelsi” yenidən şansını yoxlayacaq
Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
Zidan Türkiyə ilə oyun öncəsi nikbinliyini qoruyur
“Portuqaliya ən böyük futbolçularından birini itirib”
Poçettino “Mançester Yunayted”də ilkə imza ata bilər
“Tottenhem”dən ayrılmaq qərarına gəldi
“Barselona” Ferminə görə 100 milyonluq təkliflər alıb
Haaland UEFA Millətlər Liqasında öz rekordunu yenilədi
Azərbaycanın U-20 millisi 2 yoldaşlıq oyunu keçirəcək
Yayda "Neftçi"dən ayrılan hücumçu bu kluba keçdi