"Bu gün maraqlı görüş alındı. Hər iki komanda meydanda mübarizə apardı və məğlub olmaq istəmirdi".
Bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda evdə "Sabah"ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, ağır qrafiqdən sonra qələbə qazanmaq istəyiblər: "Bu gün futbolçular bütün tapşırıqları dəqiq yerinə yetirməyə çalışdılar. Çox diqqətli oynadıq. Əvvəlki səhvlər bu gün minimuma endi. Qapımız qarşısında rəqibə qol şansı da vermədik. Hücumda daha aktiv idik və istədiyimiz qələbəni qazandıq. Çempionat ağır keçir. Ən çətin qrafiqdə oynayan komanda bizik. Kasad heyətlə həm nəticə qazanmaq, həm də yaxşı oyun sərgiləmək çətindir. Bu günə qədər də oyunumuzdan tam narazı deyildim. Öz səhvlərimizdən qollar buraxırdıq".
Hacıyevin sözlərinə görə, müdafiəçilərin bugünkü oyunu onu sevindirib: "Bu "Səbail"i meydanda görmək istəyirdim. Qışa qədər daha az top buraxan komandalardan idik. Görüşün ilk hissəsində daha yaxşı oynadıq. İkinci yarıda rəqib sistemi dəyişdi. Meydanın mərkəzində çoxaldılar və üstünlük bir az onlara keçdi. O ərəfədə səhvsiz oynamağı bacardıq. İkinci qolu vurduqdan sonra isə rəqib sakitləşdi. Bu gün istədiyimiz oyunla qələbə əldə etdik. Amma bundan sonrakı matçlar da çətin keçəcək. Rahatlaşmaq olmaz. Bizi "Qarabağ"la çətin səfər oyunu görüşür. Bu qarşılaşmanı unudub ona hazırlaşmalıyıq. Rəqibə də uğurlar arzulayıram. Bu gün öz transferləri ilə ictimaiyyətlə səs-küy salmağı bacarıblar. İnanıram ki, gələcəkdə istədikləri uğuru qazana biləcəklər".
Baş məşqçi kubokdakı matçları xatırlayıb: "Kubokda mübarizəni dayandırmaq sırf "Səbail"in günahı deyildi. Hər iki görüşdə hakim səhvləri oldu. Kuboka görə komandamı günahlandırmaq istəmirəm. Hər iki oyunda topa sahib olmada rəqibdən üstün idik. "Sumqayıt" kubok oyunlarında təcrübəsi olan komandadır. Çempionatımızda açıq autsayder yoxdur. Heyəti və imkanları geniş olan komandalar var. Biz bu amillərə görə geridə qalsaq da, oyunumuzla geridə qalmayacağıq. Sona kimi mübarizə aparacağıq. Qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq kimi tələb qoymamışıq" (Report).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib