“Kəpəz”in Azərbaycan kubokunun 1/8 finalında “Sabah”a qarşı matçda 2:1 hesablı qələbə qazanaraq mərhələ adlaması böyük əks-səda doğurub.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu uğura azarkeşlər qədər sevinən gəncəli millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, eləcə də Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, “Gəncə” İdman Klubunun direktoru Elvar Osmanov kollektivə baş çəkiblər.
Məşqdə komanda ilə görüşən qonaqlar əldə olunan qələbə münasibəti ilə heyət üzvlərini təbrik edib, kollektivə qarşıdakı oyunda uğurlar arzulayıblar. “Kəpəz”in Premyer Liqa klubu üzərində qələbəsinin Gəncə futbolunun potensialından xəbər verdiyi, gələcəkdə komandadan daha böyük gözləntilərin olduğu qeyd olunub.
“Sarı-göylər”in adından çıxış edən icraçı direktor İlqar Nadiri, baş məşqçi Yaşar Vahabzadə və kapitan Əli Səmədov xoş sözlərə görə minnətdarlıq edib, bu ziyarətin futbolçulara böyük motivasiya verəcəyini bildiriblər.
Millət vəkilləri komandanın “Keşlə” ilə kubok matçını və I Divizionun ikinci dövrəsində keçirəcəyi oyunları diqqətdə saxlayacaqlarını vurğulayaraq mövsümü uğurlu nəticə ilə başa vurmağı arzu ediblər.
Yuxarı
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video