"Həm Türkiyədə, həm də Bərdədə yaşanan faciəyə görə dünyalarını dəyişənlərə Allahdan rəhmət diləyirəm. İnanırıq ki, toprpaqlarımız yaxın günlərdə tam azad olunacaq. Ordumuza qüvvət arzulayıram".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, süni örtüklü meydandan sonra təbii örtükdə oynamaq çətindir: "Hər iki komanda əzmkar mübarizə apardı. İlk hissədə yaxşı qol epizodlarımız oldu. Fasilədən sonra rəqib üstünlüyü ələ keçirməyi bacardı. İntizamlı, baş məşqçinin dəst-xətti olan komandaya qarşı oynadıq. Hər oyun çətin keçir, hamı bir-birindən xal ala bilər. Çalışacağıq ki, bu mübarizədən qopmayaq. Getdikcə oyunumuz yaxşılaşır. Bu səbəbdən yuxarı pillələrə qalxacağımıza ümid edirəm. Əvvəlki matçlarla müqayisədə bu gün müdafiəmiz yaxşı oynadı, qol buraxmadıq. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm".
Baş məşqçinin sözlərinə görə, 7 oyuna 6 xal elə də yaxşı nəticə deyil: "Amma futbolçulardan razıyam. Daha çox və ya daha az xalımız ola bilərdi. Bizim üçün əsas oyunumuzu inkişaf etdirməkdir. Bunu kənardan sezmək çətin deyil. Bu gün heyətimiz istənilən rəqabətə malik deyil. Ancaq həvəsdən düşmürük, nikbin düşünürük. Gənc futbolçularımız belə oyunlarda bərkiyirlər. Fikirmiz yerli futbolçuları inkişaf etdimək, miliyə qazandırmaqdır. Bu gün Rauf Əliyevi miliyə çağırmaq pis olmazdı. Olduqca mübariz keyfiyyətə malikdir. Millidə belə oyunçuya ehtiyac var. Başqa təcrübəli futboçularımız var ki, miliyə çağırıla bilərlər".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib