Azərbaycanın şanlı tarixinə yeni bir gün yazıldı. 27 sentyabr 2020-ci il tarixindən başlayan Azərbaycan- Ermənistan arasında gedən döyüşlərdə Azərbaycan əsgərləri böyük qəhrəmanlıq göstərib. Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib. Bundan əlavə Murovdağı silsiləsində yerləşən düşmən postları dağıdılaraq, yüksəkliklər geri alınıb.
Bu xəbəri xalqımız böyük sevinc və qürur hissi ilə qeyd edir. ETOPAZ da xalqımızın sevincini bölüşmək və daim xalqımızın yanında olduğunu göstərmək məqsədi ilə bu tarixi günlə bağlı video hazırlayıb.
Videoda Azərbaycanın müxtəlif ərazilərindən və memarlıq abidələrindən görüntülər yer alıb. Səsləndirmə zamanı kadrları müşayət edən musiqi isə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arazbarı” əsəridir. “Şur” muğam ailəsinə daxil olan bu əsər muğam ocağı olan Qarabağı andırır.
Ümid edirik ki, qələbəmiz davamlı olacaq və xalqımız itirilən torpaqlarına qovuşacaq.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu