"İki fərqli hissə izlədik. İlk yarıda istədiyimiz futbolu görmədim. Amma fasilədən sonra istədiyim komanda meydanda idi".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sabah"la səfər oyunundan sonra mətbuat konfransında deyib.
O, 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Çatışmazlıqlarımız var. Bizə vaxt lazımdır. Getdikcə daha yaxşı kollektiv olacağıq. Komanda yeni olduğu üçün daha artığını tələb edə bilmirik. Müdafiədə daha yaxşı çalışmalıyıq. Yenə deyirəm, vaxta ehtiyacımız var. Xətlərarası əlaqə yaxşı vəziyyətdə deyil. İkinci hissədə göstərdiyimiz oyun keyfiyyətli idi. Bu oyunu istəyirəm. Müdafiədə oturan komanda istəmirəm".
E.Baxşıyev yeni hücumçu istədiyini söyləyib: "Yeni qoşulan braziliyalı futbolçu çox keyfiyyətlidir. Çempionatın tapıntısı ola bilər".
E.Baxşıyev bu mövsüm üçün hədəflərini də açıqlayıb: "Bizi öncə avrokuboklar yox, komandanın formalaşması maraqlandırır. Bundan sonra iddiamız da arta bilər. "Qəbələ" güclənib. Daha yaxşı oyun göstərəcəyimizə inanıram".
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq