APOEL-n çox ambisiyalı prezidenti var idi. Kiprdən tutmuş Rusiyanın Uralına kimi biznesi, böyük maliyyəsi, imkanları geniş idi. Buna baxmayaraq sadəliyi, istiqanlılığı ilə seçilirdi. Heç kimə yuxarıdan aşağı baxmırdı.
Futbol baxımından isə həddindən artıq məğrur, özünəinamlı, arxayın görünürdü. Başadüşülən idi. Fantastik uğurlar qazanmışdılar. Qrupda "Zenit", "Şaxtyor", "Porto", 1/8-də "Lion" kimi klublarla baş-başa oynayaraq xallar qazanmış, mərhələlər keçərək bizdən 5 ay öncə Çempionlar Liqasının 1/4 finalında nəhəng "Real"la qarşılaşmışdılar...
Bakıya rahat gəlmişdilər. Hava çox isti idi. UEFA-nın rəsmi nahar yeməyini razılaşdıraraq axşama saxlamışdıq. Açıq məkanda, milli yeməklərimiz, musiqi sədalarımız altında qonaqlar çox razı görünürdülər.
Mətbəximizi çox bəyənmişdilər. Əsasən də lavaşlı lülə-kabablardan doymaq bilmirdilər.
Məşqçilər korpusundan da yer alanlar var idi.
Vəziyyətdən istifadə edib, "biz sizdən çəkinirik" adıyla psixoloji "yastıq əməliyyatı" söhbətləri, kəşfiyyat da aparırdıq.
Prezidentləri Firos Erotokritu rus dilini, region tarixini də gözəl bilirdi. Yaşı, təcrübəsi, qabiliyyəti, həssaslığı açıq sezilirdi. Göstərdiyimiz münasibətdən çox məmnun qalmışdı və təamlarımızdan, musiqimizdən məst olduğunu dönə-dönə vurğulayırdı.
İlk görüş heç-heçə (1:1) başa çatdı və daha da arxayın evə qayıtdılar. "Neftçi" isə cavab qarşılaşmasına tam səfərbər olmuşdu. Bakıdakı matç bərabərə bitsə də, rəqibə, göstərilən oyuna görə komandanın, hər birimizin özünəinamı artmışdı.
Oyun ətrafında siyasi, milli çalarlar, fanat-azarkeş, qızışdırıcı amillər yer alsa, çoxluq təşkıl etsə də, ciddiliyimizi, təmkinimizi qoruyur, tədbirimizi görür, bütün diqqətimizi oyuna kökləmişdik.
Görüşdən bir gün öncə cavab rəsmi yeməyi təşkil edildi. Prezidentləri təmtəraqla bizi qarşıladı. Qarşı-qarşıya əyləşmişdik. Xüsusi, böyük bir qabda iri "ustritsa"larla
dolu yemək gətizdirdi. İsrarla dadına baxmağımı istəyirdi.
İlk olaraq birtəhər, diplomatik başını qatır, "pası" digər nümayəndələrimizə ötürürdüm. Çox diqqətli idi. Bir qədər keçdikdən sonra yenə bizə yad olan yeməyin dadına baxmağı təklif etdi. Ürəyimdə "Biz ilan-qurbağa, malyuska, ustritsalar yemirik" düşüncəsilə mədəni, bu dəfə də yola verdim.
Uşaqlar da bir az dadına baxdıqdan sonra digər yeməklərə üstünlük verirdilər. Hörmətli Firos əl çəkmirdi. Axırı söz aldı: "Bizi Bakıda necə xoş qarşılamışdınızsa, mən bu görüşə xüsusi hazırlaşmışam, bunun dadına mütləq baxmalısız".
Axırı xoş münasibətlə: "Üzürlü sayın, mən belə həşəratlardan uzağam". Stolda olan xüsusi "ustritsa"ların üstün cəhətlərindən, orqanizmə xeyirli olmasından bəhs etsə də, xeyri olmadı. Qabın yarıdan çoxu qalmışdı hələ.
Bir az da keçdi. Tədbir yekunlaşmaq üzrəydi.
Prezident etikasını qoruyub ilk olaraq qiymətini açıqlamadığı "həşərat"ın tarixçəsini danışdı və iri boşqabı qabağına çəkdi:
- Bilsəydim başqa addım atardım, fərqli hazırlıq görərdim. Bakıdakı görüş mənə necə təsir etmişdisə, istədim xüsusi yemək sifariş edim sizə. "Ustritsa"ları məxsusi olaraq bu masa üçün Fransadan gətizdirmişəm. Qiyməti də... Məni üzürlü sayın, 15-20 min dolları stolun üstündə saxlaya bilmərəm.
Zarafat edərək, bir qədər də yanğı ilə "paçkalar" ödədiyi xüsusi yeməyi özü vurdu bədənə. "Ustritsa-malyuska"lar da nə "malyuska"lar...
Böyük balıqqulağı, "rakuşka"ların içindən boylanan başlar içəridə üzürlər özləri üçün.
Prezidentin hələ xəbəri yox idi ki, sabah komandası yaşıl meydanda "ustritsa"lar kimi diri-diri yeyiləcək. "Neftçi" tarixin bu günü Kiprdə Fransadan 15-20 minə xüsusi gətirilmiş yeməklər üçün yox, tarix yazmaq üçün getmişdi.
Oyundan sonra böyük qalmaqallar yaşansa da, APOEL prezidenti Firos Erotokritu öz alicənablığını, məğrurluğunu sona kimi qorudu: "Bu stadionda qapımızdan 3 top keçirən iki klub olub, biri "Real", indi də "Neftçi". Siz də böyük klubsuz" deyərək bizi təbrik etdi və qrupda uğurlar dilədi.
"Neftçi"yə qarşıdakı Avroliqa matçında uğurlar arzusu ilə...
Tahir SÜLEYMANOV
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi