"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (1:3) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün aqressiv görünməyinizin səbəbi nədir? Deyəsən, məğlubiyyəti qəbul edə bilmirsiniz...
- Futbolda 3 nəticə olur: Qələbə, heç-heçə və məğlubiyyət. Məğlubiyyəti də qəbul etmək lazımdır. Uduzmuşuq, rəqibi təbrik edirəm. Sadəcə, uşaqlıqdan xarakterim belədir.
- Bəs udduğunuz oyunlardakı aqressivliyiniz nə ilə bağlıdır?
- Məni "Zirə"dən də tanıyanlar çoxdur. Hər bir futbolçunun özünəməxsus xarakteri var. Elələri var ki, ümumiyyətlə, əsəbiləşmir, məğlubiyyəti adi qəbul edir. Amma məndə elə deyil. Həmişə içimdə çılğınlıq və istək olub. Milli komandada olduğum vaxt baş məşqçimiz (Nikola Yurçeviç - red.) də deyirdi ki, sən sanki hazır bombasan, partlamaq istəyirsən. Bu da özümdən asılı deyil, işimə olan istəyimdəndir.
- Belə xasiyyət sizə problem yaratmır?
- "Zirə"də olduğum vaxt baş məşqçimiz Ayxan Abbasov deyirdi: "Elə et ki, aqressiyadan sənə problem yaratmasın. İndiyədək sarı vərəqələr alsam da, qırmızı vərəqə almamışam. Aqressiyanın verdiyi əsəblə kimisə qəsdən vurmamışam. Oyun epizodunda məni keçmək istəyən futbolçuya qarşı qaydanı pozub önümdə sarı vərəqə görmüşəm. Hələ aqressiyam mənə zərər verməyib.
- Ardıcıl iki məğlubiyyətin səbəbini nədə görürsünüz?
- İki məğlubiyyət eniş anlamına gəlməməlidir. Düzdür, "Səbail"i udub "Neftçi"dən xal alsaydıq, indi haralarda olacaqdıq. Biz də bunu dərk edirdik. Sadəcə, bu komandalar asan rəqib deyillər. Ümumiyyətlə, Premyer Liqada hansı kluba asan rəqib demək olar? Heç birinə. Hər biri yaxşı müdafiə olunur və hücum edir. Hazırda öhdəmizə düşən iş komanda şəklində yığışaraq, bu məğlubiyyətlərdən dərs çıxarmaqdır. Ən azı, ikinci hissədə "Neftçi"yə qarşı sərgilədiyimiz mübarizəni davam etdirməliyik.
- Dünənki oyunlarda qeydə alınmış nəticələr sizin üçün siqnal deyil?
- Əlbəttə, həyəcandır. Hiss edirdik ki, arxamızdan gələn komandalar var. Hansılar ki, bir azdan onlarla da oynayacağıq. Bu, futbolun qanunudur. İlk dövrədə "Sumqayıt"a uduzsaydıq, bizi keçəcəkdilər. Ona görə də bunları normal qarşılamaq lazımdır. İnanıram ki, gələcək matçlarda qələbələr qazanacağıq.
- Gələn oyunda dönüş edə biləcəksiniz?
- Növbəti tur evdə "Zirə" ilə qarşılaşmada əlimizdən gələni edərək, hamıya sübut edəcəyik ki, həmişəki "Keşlə"yik. "Səbail"ə qarşı bütün oyunu, "Neftçi" ilə isə ilk yarını zəif keçirdik. Amma bu gün ikinci hissədə əsl "Keşlə"ni gördüklərini deyənlər çox oldu. Sadəcə, istəyi artırmalıyıq. İlk yarıda əvvəlki "Keşlə" deyildik.
- Baş məşqçiniz Tərlan Əhmədov komandaya başqa amillərin təsir göstərdiyini bildirdi. Bu amillər hansılardır?
- Buna mən cavab verə bilmərəm. Çünki bilmirəm. Baş məşqçimizin verdiyi açıqlamadır. Mən sizdən eşidirəm. Bilsəm, buna uyğun danışa bilərəm. Bilmədiyim bir şey haqqında nə deyim? Yəqin ki, məni başa düşərsiniz (gülür).
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı