"Sabah"ın futbolçusu Ulisse Diallo Azərbaycan Premyer Liqasının 12-ci turunda "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Birinci hissədə ağıllı oynasaydıq, elə ilk hissədəcə intriqanı "öldürə" bilərdik. Amma ikinci hissədə üstünlük rəqibdə oldu. Çox sadə bir qol buraxdıq. Şükürlər olsun ki, bundan sonra yaxşı reaksiya verib, 3 qol vuraraq qalib gəldik.
- 2 qol vurdunuz və demək olar ki, qarşılaşmanın taleyini həll etdiniz. Birinci qolu məşqçi Ramin müəllimlə qeyd etdiniz. Bunun xüsusi bir səbəbi vardı?
- O, həmişə mənə dəstək olur. Məsələn, məşqlərdə ruh düşkünlüyü yaşayanda, formada olmayanda dəstəyini göstərir. İlk qolu yox, 2-ci qolu onunla qeyd etmək istədim. Çünki birinci qol heç-heçə, ikinci isə qalibiyyət qolumuz idi.
- Öz oyununuz haqda nə deyə bilərsiniz? Sizdən gözləntilər böyükdür, amma tam olaraq doğrultmursunuz. Cəmi 3 qol vurmusunuz.
- Yeni gələndə komanda yoldaşlarım ilə anlaşılmazlıq vardı. Bir-birimizi anlamırdıq. İstədiyimiz əlaqə yox idi. Özünüz də görürsünüz ki, oyundan-oyuna bir-birimizi daha yaxşı başa düşürük. Əlbəttə ki, məndən gözləntilərin çox böyük olduğunu bilirəm. İnanıram ki, yanvar ayından sonrakı fasilə bizə yaxşı təsir edəcək. Amma əvvəlki oyunlarla müqayisə etsək, Hendrik Ekşteynlə bir-birimizi başa düşürük. Onda top olanda hara açılmalı olduğumu bilirəm. O da bilir ki, hara ötürmə verməlidir. Eləcə də məndə top olanda o nə edəcəyini bilir. Əvvəlki turlarla müqayisədə bir-birimizi daha yaxşı anlayırıq.
- Mövsüm başlayandan bəri ardıcıl 2 qalibiyyət olmayıb. Bu qeyri-stabillik nə ilə bağlıdır? Bir tur udursunuz, bir tur uduzursunuz.
- Futbol elə bir şeydir ki, axıra kimi oynamalıyıq. Rahatlaşmaq olmaz. Bir matçda qalib gəlib, o birində niyə məğlub olduğumuzu demək mənim üçün də çətindir. Amma bunu söyləyə bilərəm ki, futbol 90+5 dəqiqəlik, hələ bundan da artıq bir oyundur. Məsələn, "Sumqayıt"la görüşü götürək. İlk hissədə 1:0 hesabı ilə qalib gəlirdik. İkinci hissəyə rahatlaşmış şəkildə çıxdıq ki, qalibiyyəti təmin etmiş olacağıq. Amma belə olmadı. Bu qarşılaşmada da eyni şey baş verdi. "Səbail"in futbolçuları qol vurduqdan sonra qalib gələcəklərini düşünürdülər. Amma biz son 3-5 dəqiqədə görüşün taleyini dəyişdik. Hər oyuna rahatlaşmamış şəkildə, köklənərək çıxmaq lazımdır.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib