"Zirə"nin futbolçusu Riçard Qadze Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- İlk növbədə öz komanda yoldaşlarımı bu nəticə münasibəti ilə təbrik edirəm. Həqiqətən də yaxşı xarakter göstərdik. Unutmayaq ki, çox çətin rəqibə qarşı oynayırdıq. Qazanılan bu xala görə bütün komandanı təbrik edirəm.
- Bu 1 xalı "Zirə" üçün 3 xal hesab etmək olar?
- Sırf mənim düşüncəmə əsasən, 3 xal kimi hesab etmək olar. Çünki ikinci hissədə geridönüş etdik. Komandamızın 1:0 hesabı ilə məğlub durumda olmasına baxmayaraq, ikinci hissədə bərabərlik qolunu vura bildik. Düşünürəm ki, ikinci qolu da vura bilərdik. Fürsətlərdən faydalana bilməsək də, görüşü heç-heçə ilə bitirməyimiz təqdirəlayiqdir.
- İkinci dəfə "Zirə"yə qayıdışınız çox yaxşı alınıb. Qollar vurursunuz, məhsuldar ötürmələr edirsiniz. Bəlkə, komandaya gəlməkdə gecikmisiniz?
- Həqiqətən də bu, mənim üçün yaxşı haldır. İlk növbədə "Zirə"yə öz minnətdarlığımı bildirirəm ki, məni yenidən komandaya dəvət etdilər. Gəldiyim anda heç də formada deyildim. Demək olar ki, 3 ay futboldan kənarda qalmışdım. Məşqçi bu gün mənə etimad göstərirsə, ona təşəkkür edirəm. Çalışıram ki, onun etimadını doğruldum.
- Beqoviç kimi tanınmış qapıçıya qol vurmaq necə bir hissdir?
- Bilirsiniz, bu, sadəcə mənim cəhdim idi. Mən hücumçuyam. Evdə olduğum günlərdə futbol izləyirəm. Beqoviçin addımını irəli atdığı anda bir az gözləsəydim, artıq qol vurmağa gecikmiş olacaqdım. Anında fürsətdən istifadə edib, dəyərləndirdim.
- "Qarabağ" nə qədər güclü rəqib olsa da, onu məğlub edən komandalar olub. "Zirə" isə bu 4 ildə "Qarabağ"ı uda bilməyib. Sensasiyaya imza atmaq üçün nə çatmır?
- Bütün müsahibələrimdə bunu təsdiqləmişəm ki, "Qarabağ" həqiqətən də əla komandadır. Onlara qarşı oynamaq çətindir. Artıq 3 mövsümdür ki, eyni şeylərlə qarşılaşıram. Amma "Qarabağ" yaxşı olmaqda davam edir. Düşünürəm ki, bu gün onlardan 1 xal almaq belə bizim adımıza təqdirəlayiqdir.
- Bizim çempionatda bombardirin cəmi 5 qolu var. Sizin aktivinizdə isə 2 qol var. Çempionatın və ya "Zirə" tarixinin bombardiri olmaq kimi fikirlər şəxsi planınızda varmı?
- Mənim üçün şəxsi tutulların bir o qədər də önəmi yoxdur. Buraya "Zirə"yə kömək etmək üçün gəlmişəm. Komandamın hədəfləri daha öndə gəlir, nəinki öz şəxsi titullarım. Qol vururamsa, komandama kömək edirəm. Qol vurmayanda da çalışıram.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib