"Keşlə"nin futbolçusu Slavik Alxasov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az xəbər verir ki, o, nəticənin gözlənilməz olmadığını bildirib.
- Gözlənilməz olmadı. Oyuna yaxşı köklənmişdik. "Neftçi"nin necə komanda olduğunu bilirdik. Onların həm səviyyəli legionerləri, həm də yaxşı yerli futbolçuları var. Emin Mahmudovdan tutmuş, Rəhman Hacıyevə kimi, hamısı səviyyəli oyunçulardır. Bilirdik ki, çətin oyun olacaq. Həftəboyu Tərlan müəllim bizi bu görüşə çox yaxşı kökləmişdi. Kim çox istədi, o da qalib gəldi.
- Fasiləyə məğlub yollanmışdınız. Fasilədə nə dəyişdi? Tərlan Əhmədov göstəriş verdi, yoxsa özünüzdə inam yarandı?
- Birinci hissəyə pis başlamamışdıq. Çoxsaylı qol epizodlarımız oldu. Onlardan yararlana bilmədik. İlk hissənin sonuna az qalmış standart vəziyyətdən qol buraxdıq. Bilirdik ki, onların standart vəziyyətlərdən yaxşı istifadə edən, başla yaxşı zərbələr endirən futbolçuları var. İlk hissıni məğlub başa vurduq. Fasilədə Tərlan müəllim bizi ruhlandırdı. Həm də biz özümüzə inanırdıq ki, ikinci hissədə çıxıb, onları udacağıq. Biz orada yığışıb, dedik ki, birinci 45 dəqiqəni uduzmuşuq, amma ikinci hissədə qalib gələcəyik.
- Həm oyunun gedişində, həm də matçdan sonra Dabo ilə mübahisəniz oldu. Orada nə baş vermişdi? Deyəsən, sizi söhbəti aydınlaşdırmaq üçün çölə çağırırdı.
- Xeyr. O kimdir ki, məni söhbətə çağırsın. Standart vəziyyətlərdə mən Dabo ilə oynamalı idim. O, çatmayanda əli ilə məni vururdu. Birinci dəfə heç nə demədim. İkinci dəfə əsəbləşdim. Hakimə bildirdim. Bu, qırmızı vərəqəlik vəziyyət idi. O, ingiliscə söyüş söydü. Mən də hirsləndim.
- Düşünmürsünüz ki, hesab 2:1 olanda "Neftçi" futbolçuları sizə qarşı daha da aqressivləşirdi. Hətta, məşqçilər arasında da mübahisə yaşanırdı. Belə görünür ki, sizin qələbəniz "Neftçi"nin futbolçularını qıcıqlandırırdı.
- Onlar məğlub durumda idilər. Artıq müdafiəçiləri belə hücumda oynayırdılar. Amma biz kollektiv şəkildə mübarizə apardıq. Qol buraxmadıq.
- Turnir cədvəlində ikinci pilləyə yüksəldiniz. Bu, qalıcı olacaq? İddianızı ortaya qoydunuzmu?
- Komanda yığılanda bizə deyilib ki, sona kimi ilk 3-lükdə olaq. Şükürlər olsun ki, ikinci pillədəyik. Belə davam etmək istəyirik.
- Milli komandaya dəvət olunmursunuz. Yəqin ki, özünüzü hazır hiss edirsiniz. Hər matçda oynayırsınız. Sizcə, dəvət olunmamağınızın səbəbi nədir?
- Yəqin, o məşqçilər elə bilirlər ki, mən tam hazır deyiləm. Mən özümü hazır hiss edirəm. Milli komandaya kömək etmək bizim borcumuzdur. Hər bir məşqçinin öz baxışı var. Çağırsa da, sağ olsun, çağırmasa da, sağ olsun. Biz sonadək milli komandamıza dəstək olacağıq. İnşallah növbəti toplanışlarda dəvət olunarıq. Amma mən hazıram, heç kimdən zəif deyiləm.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi
"Sabah"ın rəqibindən 3 transfer
Stefan El-Şaaravinin yeni klubu açıqlandı
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
"Sabah" futbolçusunu icarəyə göndərdi
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
Obameyanq Qabon millisindən getdi