"Mənim üçün gözlənilməz ssenari alındı" - Tərlan Əhmədov

"Mənim üçün gözlənilməz ssenari alındı" - Tərlan Əhmədov
PREMYER LİQA 19 Oktyabr 2019 / 21:44 3410
-  A +

"Mənim üçün gözlənilməz ssenari alındı, müdafiə futbolu oynadıq. Görünür, rəqib bizi yaxşı analiz edib. Buna baxmayaraq qol şanslarımız oldu. Hər iki komanda imkanlarından yararlana bilsəydi, bol qollu oyun olacaqdı".
 
Qol.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Sabah"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyundansonra söyləyib.
 
48 yaşlı mütəxəssis nəticəni ədalətli hesab edib : "Yaralı yerim ehtiyat skamyasında oyunu gücləndirəcək futbolçu tapa bilməməyimdir. Bunu bəhanə etmək istəmirəm. Ancaq ehtiyat qüvvə olsa, daha yaxşı nəticə qazanmaq olar".
 
T.Əhmədov komandalar fasiləyə yollanan zaman "Keşlə" rəsmiləri ilə əyləşən bir şəxsin komandanın futbolçusu Rəşad Sadiqova kobud şəkildə irad tutmasına da münasibət bildirib: "Soyunub-geyinə otağında Rəşadı əsəbi gördüm. Dedilər belə bir şey olub. Kim olduğunu bilmədim".

O, matçın 33-cü dəqiqəsində zədələnən Ruslan Qurbanovun zədəsinin süni örtükdən qaynaqlandığını və ciddi bir şey olmadığına ümid etdiyini söyləyib.
 

Son xəbərlər
28.11.24  17:21

Qubada 6 cavabsız qol

28.11.24  16:21

"Real"da itki