“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə matç haqda danışıb.
- Bir neçə tur idi uduzmurduq və oyuna yaxşı motivasiyada və sırf 3 xal üçün çıxmışdıq. Təəssüf ki, buraxdığımız səhvlər həlledici oldu. Medallar üçün oynayan komandanın müdafiəsində belə səhvlər olmamalıdır. Çox qaçdıq, yaxşı kombinasiyalar qurmağa çalışdıq. Bəzi məqamlardan razı qaldım.
- İkinci hissədə 1:0 hesablı qələbə qazandınız. Birinci hissədə bu, mümkün ola bilərdimi?
- Bəli, ola bilərdi. İlk qolda futbolçumuz talesizlik yaşadı. İkinci qolda da bəxtimiz gətirmədi. Heç vaxt əks-hücum oynamayan “Qarabağ” əks-hücumdan qol vurdu. Müdafiə ilə bağlı səhvlərin üzərində ciddi dayanacağıq və oyunumuzu daha da təkmilləşdirəcəyik.
- Heyətiniz kasaddır və daha bir zədəliniz oldu. Növbəti həftəyə necə çıxacaqsınız?
- Bunu demək istəmədim ki, bəhanə etdiyimi deməsinlər. Bir neçə zədəli oyunçumuz var. Bizdən əvvəl əvəzedicilərimiz oynamışdı, uşaqlar yorğun idilər. Bu gün limitdəki oyunçuya bir şey olsaydı, başımızı tutacaqdıq.
- Hələ 5-ci turdur. Mövsümün əvvəlində bunu nəzərə almamışdınız?
- Almışdıq. Amma 40 futbolçu götürməli deyilsən ki, birdən 10 nəfər zədələnər. Hazırkı durumumuz bu qədər oyunçu götürməyə imkan verir.
- Meydana qələbə üçün çıxdığınızı dediniz. Bu “Zirə” “Qarabağ”ı məğlub edə bilərdi?
- Bəli, bugünkü vəziyyətə görə məğlub edə bilərdi. Rəqib ikinci hissədə oturmağa, top itirməyə başladı. Son beş gündə ikinci oyuna çıxmışdılar. Təəssüf ki, buraxdığımız qollar planlarımızı pozdu.
- Nordenin ehtiyatda qalması nə ilə bağlı idi?
- Həftəiçi bu cür çalışmışdıq, Elvinlə işləmişdik. Rəqibin ilk hissədə hücumda çox olacağını bilirdik. Elvini də müdafiəyə kömək etməsi üçün meydana buraxmışdıq. Norde bunu bacarmırdı. Onu ikinci hissədə meydana buraxdıq. Həmişə sən istədiyin kimi olmur.
- Cavid Hüseynovu komandaya götürdüyünüz, yoxsa kapitanlıq sarğısını verdiyiniz üçün peşmansınız?
- Cavid “Zirə”yə gələndən sonra milliyə də çağırılıb. Sizin Yurçeviçlə fikirləriniz üst-üstə düşməyib. Bu gün Cavid daxil olmaqla, bəzi oyunçular çox yaxşı idi. Bəzi çatışmazlıqların üzərində daha çox çalışacağıq (sport24.az).
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Konfrans Liqasında oyun günü
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
Avropa Liqasında 17 oyun
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib