"Real"a qayıdan Xames Rodriqesi daha bir klub transfer etmək istəyir.
Qol.az-ın "La Gazzetta dello Sport"a istinadən yaydığı xəbərə görə, kolumbiyalı yarımmüdafiəçini "Napoli", "Yuventus"la yanaşı, "Mançester Yunayted" də almağı düşünür. İngiltərə klubunun artıq bu barədə Madrid təmsilçisinə bildirdiyi vurğulanıb.
"Real"ın Xames üçün 55 milyon avro istədiyi iddia olunub.
Qeyd edək ki, X.Rodriqes ötən mövsüm icarə əsasında "Bavariya"da oynayıb.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər