Bakıda keçiriləcək Avropa Liqasının final oyununda “Çelsi”nin sahibi Roman İbrahimoviçin də iştirakı gözlənilir.
Bu haqda Qol.az saytına London klubu rəsmilərinə yaxın mənbədən məlumat daxil olub. Rusiyalı iş adamı klub rəhbərliyinə “Arsenal”la Bakıda keçiriləcək oyunu canlı izləyəcəyini deyib. Əgər son anda onun iş qrafikində hər hansı dəyişiklik olmasa, Abramoviç komandasına Bakıda dəstək verəcək.
Bu arada Qol.az-a o da bəlli olub ki, “Çelsi” Bakıda 5 ulduzlu “Hyatt Park”, “Arsenal” isə "Alov qüllələri"ndə yerləşən “Fairmont” otelində qalacaq.
Xatırladaq ki, Avropa Liqasının “Çelsi” – “Arsenal” final oyunu mayın 29-da keçiriləcək.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi