Tuhel PSJ ilə müqaviləni uzatdı

Tuhel PSJ ilə müqaviləni uzatdı
DÜNYA FUTBOLU 29 Mart 2019 / 10:10 1148
-  A +

PSJ baş məşqçisi Tomas Tuhellə müqaviləni yeniləyib.

Qol.az “L’Еquipe”ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssisin yeni sözləşməsi 2021-ci ilin yayına qədərdir. Anlaşma haqda bugünlərdə rəsmi açıqlama veriləcəyi bildirilir.

Qeyd edək ki, Tuhel ötən ilin yayından Paris klubunu çalışdırır. Onun komandası hazırda Fransa liqasında liderdir və ən yaxın izləyicisini 20 xal qabaqlayır.

Son xəbərlər