Türkiyə millisinin üzvü İtaliya klubunun hədəfində

Türkiyə millisinin üzvü İtaliya klubunun hədəfində
DÜNYA FUTBOLU 28 Mart 2019 / 22:45 4916
-  A +

“Beşiktaş”ın futbolçusu Doruxan Toköz karyerasını İtaliyada davam etdirə bilər.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, son vaxtlar baxımlı oyunu ilə seçilən 23 yaşlı yarımmüdafiəçini “Cenoa” transfer etmək istəyir. Artıq klubların danışıq apardığı bildirilir.

Qeyd edək ki, ötən ildən İstanbul klubunda çıxış edən Türkiyə millisinin üzvü bu mövsüm Superliqada 14 oyuna 3 qol vurub.

Son xəbərlər