"Yuventus"da 4 illik müqavilə

"Yuventus"da 4 illik müqavilə
DÜNYA FUTBOLU 28 Mart 2019 / 20:25 3125
-  A +

“Yuventus” futbolçusu Daniele Ruqani ilə müqaviləni uzadıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. İtaliyalı futbolçu yeni sözləşmənin şərtlərinə görə ilinə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, 2013-cü ildən Turin klubunda çıxış edən Ruqani bu mövsüm 14 oyuna çıxıb və 2 qol vurub.


Son xəbərlər