Türkiyəli futbolçuya verilən ömürlük cəza ləğv olundu

Türkiyəli futbolçuya verilən ömürlük cəza ləğv olundu
DÜNYA FUTBOLU 28 Mart 2019 / 19:34 5154
-  A +

Türkiyə Futbol Federasiyası bir müddət əvvəl oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən “Amedspor” klubunun futbolçusu Mansur Çalara verilən ömürlük cəzanı ləğv edib.

Qol.az xəbər verir ki,  futboldan ömürlük kənarlaşdırılan 33 yaşlı yarımmüdafiəçinin klubu qərardan şikayət edib.

Yeni araşdırmalardan sonra TFF ömürlük cəzanı 20 oyunluq cəza ilə əvəzləyib. Həmçinin, futbolçu 25 min lirə cərimə ödəyəcək.

Qeyd edək ki, Türkiyə 3-cü divizionunda keçirilən  "Amedspor" - "Sakaryaspor" matçının gedişində futbolçular arasında mübahisə düşüb. Bu zaman kürd əsilli oyunçu Mansur Çalar əlindəki ülgüclə rəqib oyunçulara müxətlif dərəcəli xəsarətlər yetirib.

 


Son xəbərlər