Aleksandr Səmədov karyerasını bitirəcəyi vaxtı açıqladı

Aleksandr Səmədov karyerasını bitirəcəyi vaxtı açıqladı
DÜNYA FUTBOLU 28 Mart 2019 / 18:59 3671
-  A +

"Krılya Sovetov"un yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, azərbaycanlı futbolçu ya bu, ya da gələn mövsümün sonunda futbolla vidalaşacağını deyib:

"Bu mövsüm olmasa, gələn il mütləq karyeramı başa vuracağam. Tam qərar verməmişəm. Vida matçım olmayacaq. Çünki çox klubda oynamışam. Karyeramı "Spartak"da bitirəcəyimi düşünürdüm. Amma artıq belə bir şey mümkün deyil. Ora futbolçu qayıtmaq istəmirəm".

Qeyd edək ki, Moskva "Spartak"ının yetirməsi olan Səmədov "Lokomotiv" və "Dinamo" klublarında da çıxış edib.

Son xəbərlər