"Belçikanın ən yaxşı futbolçusu mənəm" - Lukaku

"Belçikanın ən yaxşı futbolçusu mənəm" -  Lukaku
DÜNYA FUTBOLU 28 Mart 2019 / 02:00 2333
-  A +

"Mançester Yunayted"in futbolçusu Romelu Lukaku iddialı açıqlaması ilə yadda qalıb.

Qol.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan belçikalı hücumçu özünü hamıdan öndə hesab etdiyini bildirib:

“İnsanlar hərdən soruşurlar ki, özümü Belçika futbol tarixinin ən yaxşı 3 hücumçusundan biri hesab edirəmmi? Bəli, bəli, yenə də bəli. Hətta deyərdim ki, ölkənin ən yaxşı futbolçusu mənəm. Digərlərindən kilometrələrcə qabaqdayam”.

Qeyd edək ki, 25 yaşlı hücumçu Belçika millisinin bombardiridir. O, 79 oyuna 45 qol vurub.

Son xəbərlər