"Bavariya" "Atletiko"dan futbolçu aldı - rəsmi

"Bavariya" "Atletiko"dan futbolçu aldı - rəsmi
DÜNYA FUTBOLU 27 Mart 2019 / 20:51 4047
-  A +

"Bavariya" "Atletiko"nun futbolçusu Lukas Hernandesi transfer edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, iyulun 1-dən Münhen təmsilçisinin oyunçusu olacaq.

Almaniya mətbuatı bu transfer üçün "Bavariya"nın 80 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, L.Hernandes 2014-cü ildən Madrid klubunda oynayır.  Fransa millisinin üzvü bu mövsüm La Liqada 14 matçda iştirak edib.


Son xəbərlər