"Mançester Yunayted" Umtitini istəyir

"Mançester Yunayted" Umtitini istəyir
DÜNYA FUTBOLU 27 Mart 2019 / 15:01 1780
-  A +

“Barselona”nın müdafiəçisi yayda komandanı tərk edə bilər.

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, fransalı müdafiəçini “Mançeste Yunayted” heyətinə cəlb etmək istəyir.

Kataloniya klubunda son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən 25 yaşlı futbolçunun da klubunu dəyişməyə müsbət baxdığı bildirilir. Daha əvvəl isə İspaniya mətbuatı "Ayaks"dan Matteys de Liqtlə razılığa gələn “Barselona”nın Umtitini satmağa hazır olduğunu yazmışdı.

Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm “Barselona”da 10 oyuna çıxıb və 1 qol ötürməsi edib.

Son xəbərlər