"Azərbaycan və Macarıstanla oyunlar bizə dərs olmalıdır" - Lovren

"Azərbaycan və Macarıstanla oyunlar bizə dərs olmalıdır" - Lovren
DÜNYA FUTBOLU 27 Mart 2019 / 14:20 1481
-  A +

"Azərbaycan və Macarıstanla oyunlar bizə dərs olmalıdır. Bu, bir daha göstərdi ki, keçmişlə yaşamamalıyıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin üzvü Deyan Lovren ölkəsinin mətbuatına açıqlamasında deyib. "Avro-2020"nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlardakı nəticələri şərh edən 29 yaşlı müdafiəçi son dünya çempionatının finalçısı kimi oynamadıqlarını bildirib:

"Hər iki matçda dünya çempionatında sərgilədiyimiz oyunu oynaya bilmədik. Xoşbəxtlikdən vəziyyəti düzəltmək üçün qarşıda kifayət qədər oyunlarımız var".

Qeyd edək ki, seçmə mərhələnin ilk turunda millimiz üzərində çətin qələbə (2:1) qazanan Xorvatiya yığması 3 gün sonra səfərdə Macarıstana 1:2 hesabı ilə uduzub.

Son xəbərlər