UEFA-dan Çakıra növbəti təyinat

UEFA-dan Çakıra növbəti təyinat
DÜNYA FUTBOLU 4 Mart 2019 / 16:33 3285
-  A +

Çempionlar Liqasının 1/8 final mərhələsinin bu həftə keçiriləcək  4 cavab oyununa hakim təyinatları açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, sabah keçiriləcək "Real" - "Ayaks" matçını almaniyalı Feliks Brix idarə edəcək. "Borussiya" (Dortmund) -  "Tottenhem" görüşü isə hollandiyalı Danni Makkelieyə tapşırılıb.

Martın 6-da "Porto" ilə "Roma" arasında Portuqaliyada keçiriləcək matçı Cüneyt Çakır idarə edəcək. Həmin gün Parisdə oynanılacaq PSJ - "Mançester Yunayted" görüşünə isə Damir Skomina (Sloveniya) təyinat alıb.

Son xəbərlər