"Yuventus"dan Pirloya təklif

"Yuventus"dan Pirloya təklif
DÜNYA FUTBOLU 4 Mart 2019 / 15:37 3112
-  A +

“Yuventus”un sabiq futbolçusu Andrea Pirlo Turin klubuna qayıda bilər.

Qol.az “Football İtalia”ya istinadən xəbər verir ki, klubdan “maestro”ya təklif gəlib. Ona “Yuventus”un ikinci komandasını (U-23) çalışdırmaq təklif olunub. Pirlo hələlik bu barədə fikir bildirməyib.

Qeyd edək ki, 39 yaşlı veteran yarımmüdafiəçi artıq məşqçilik lisenziyasını alıb.

Xatırladaq ki, Pirlo 2011-2015-ci illərdə “Yuventus”da çıxış edib.

Son xəbərlər