"Yaxşı ki, hesabı bərabərləşdirdik" - Ramil Şeydayev

"Yaxşı ki, hesabı bərabərləşdirdik" - Ramil Şeydayev
DÜNYA FUTBOLU 3 Mart 2019 / 11:40 2741
-  A +

"Final fitindən sonra rahatladıq. 10 nəfərlə oynadığımızdan komandanın matçın sonuna doğru xeyli yorulduğu görünürdü. Yaxşı ki, hesabı bərabərləşdirdik. Amma təəssüf ki, qalib gələ bilmədik".

Qol.az-ın məlumatına görə, bu sözləri "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev klubun rəsmi saytına açıqlamasında deyib. Rusiya Premyer Liqasının 18-ci turunun Moskva "Lokomotiv"i ilə səfər oyununda komandasının bərabərlik qoluna imza atan millimizin üzvü qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:

"Əlbəttə, oyunçumuzun qovulması bizə mane oldu. Mənə görə, elədəədalətli qərar deyildi. Ancaq əsas odur ki, sona qədər mübarizə apardıq və hər şey yaxşı qurtardır. Hesabda geri düşsək də, bərabərlik qolunu vurub, 1 xal qazandıq. Düşünürəm ki, gələn oyuna daha yaxşı hazırlaşıb, qalib gələcəyik. Fasilədən sonra ilk matçlar həmişə çətin olur. Getdikcə daha da artıracağıq".

Qeyd edək ki, matçın 69-cu dəqiqəsində fərqlənən Ramil komandasını məğlubiyyətdən xilas edib. Bu, onun "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında ilk qolu olub.

Son xəbərlər