"Real", yoxsa "Barselona"? - 3 gündə 2-ci "El-Klassiko"

"Real", yoxsa "Barselona"? - 3 gündə 2-ci "El-Klassiko"
DÜNYA FUTBOLU 2 Mart 2019 / 10:42 3734
-  A +

Bu gün İspaniyada növbəti "El-Klassiko" keçiriləcək.

Qol.az-ın məlumatına görə, 3 gün öncə kubokun yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələn "Real" və "Barselona" klubları bu dəfə La Liqanın 26-cı turunda qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 23:45-də start götürəcək görüşü Alberto Undiano Malenko idarə edəcək. Matç "Santyaqo Bernabeu" stadionunda oynanılacaq.

Qeyd edək ki, hazırda "Barselona" 57 xalla turnir cədvəlinə başçılıq edir. 48 xalı olan "Real" isə 3-cü pillədədir.

Son xəbərlər