Valensiya "Mançester Yunayted"dən ayrılır - Sulşer açıqladı

Valensiya "Mançester Yunayted"dən ayrılır -  Sulşer açıqladı
DÜNYA FUTBOLU 1 Mart 2019 / 17:00 2255
-  A +

Mövsümün sonunda “Mançester Yunayted”lə müqaviləsi başa çatacaq Antonio Valensiya komandadan ayrılacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bunu “mankunyanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer mətbuat konfransında jurnalistlərə deyib.  O, 33 yaşlı müdafiəçinin sözləşməsinin yenilənməyəcəyini bildirib.

Qeyd edək ki, 2009-cu ildən “MY”də çıxış edən ekvadorlu futbolçu bu müddət ərzində 388 oyuna 25 qol vurub, 62 məhsuldar ötürmə edib.

Son xəbərlər